Hindistan Baş nazirinin təyyarəsi illər sonra Pakistan üzərindən uçub



 

İslamabad son üç ildə ilk dəfə Hindistanın Baş naziri Narendra Modinin təyyarəsinin Pakistan hava məkanına daxil olmasına icazə verib.

Hökumət başçısı Pakistandan keçməklə ABŞ-a uçub. O, hazırda BMT Baş Assambleyasının sessiyasında iştirak edir.

Qeyd edək ki, bunadək Pakistan Hindistan prezidenti və Baş nazirinin ölkənin hava məkanından istifadəsinə dəfələrlə razılıq verməyib.

Mənbə: TASS