Gələn il büdcədənkənar və digər daxilolmalar 1 milyard manatdan çox olacaq



 

2022-ci ildə Azərbaycanda büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının 810 milyon manat olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bundan başqa, gələn il 339 milyon manat digər daxilolmalar da proqnozlaşdırılır.

Beləliklə, 2 mənbə üzrə daxilolmalar 1 149 milyon manat təşkil etməlidir.