Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanıldı



 

Samux rayonunda qonşusunu bıçaqlayan şəxsin kimliyi bilinib. 

Bu barədə SeherXeber.org-a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, 2000-ci il təvəllüdlü, Kolayır kənd sakini Raqif Balakişiyevi qonşusu, 1994-ci il təvəllüdlü Pərviz Xəlilov bıçaqlayıb.

P.Xəlilov saxlanılıb. 

Qeyd edək ki, ötən gün R. Balakişiyev bıçaqlanıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət