Füzuli beynəlxalq hava limanına eniş edən ilk təyyarə “QARABAĞ” oldu - VİDEO



 

Bu gün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib.

Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Baku TV-nin sözügedən səfərdən hazırladığı reportajı təqdim edirik: