Samir Abbasovun Finlandiyadakı mətbuat konfransı ləğv olundu



 

Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK - “Neftçi” oyunundan sonra mətbuat konfransları təşkil olunmayacaq.

SeherXeber.org-ın xəbərinə görə, buna səbəb koronavirus pandemiyasıdır.

HİK klubu pandemiya səbəbindən baş məşqçilər – Toni Koskela və Samir Abbasovun iştirakı ilə keçirilməli olan mətbuat konfranslarının ləğvinə qərar verib.

Qeyd edək ki, pley-off mərhələsinə kimi mətbuat konfranslarının təşkili məcburi sayılmır.

Xatırladaq ki, HİK – “Neftçi” oyunu avqustun 12-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıdakı ilk matçda 2:2 hesabı qeydə alınıb.

Səbuhi Musayev