Azərbaycanda ana tanışı ilə 18 yaşlı qızını tualetdə zəncirlə bağladı - YENİLƏNİB + RƏSMİ


27
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 18 yaşlı qızın anası və onun tanışı tərəfindən fiziki zorakılığa məruz qalması barədə məsələyə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu SeherXeber.org-a açıqlamasında bildirib ki, məsələ Komitənin nəzarətindədir:

“Məsələ barədə lazımı tədbirlər görülür. Həmin şəxslərin əməllərində cinayət tərkibi sübuta yetirilərsə, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

15:28

Bərdə rayonunda 18 yaşlı qız anası və onun tanışı tərəfindən fiziki zorakılığa məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan SeherXeber.org-a bildirilib ki, Bərdə rayonunda yetkinlik yaşına çatmayan 2003-cü il təvəllüdlü Ə.Y.-nın fiziki zorakılığa və istismara məruz qalması barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub:

“Məlumatla əlaqədar RPŞ-nin istintaq-əməliyyat qrupu hadisə yerində olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Y.-nın anası Şəlalə İsmayılova və onun tanışı Ruslan Rzayevlə birgə yaşadığı evdə yetkinlik yaşına çatmayan qızı tərbiyələndirmək məqsədi ilə sanitar qovşaqda ayağını zəncirlə dəmir boruya bağlayıblar”.

DİN-dən qeyd edilib ki, faktla bağlı adı çəkilən şəxslər RPŞ-yə gətirilib, onların izahatları alınıb, müvafiq ekspertiza təyin olunub: 

“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət