Daşkəsən polisi karantin rejimi ilə bağlı reyd keçirib



 

Daşkəsəndə karantin rejimini pozan şəxslər aşkarlanıb.

SeherXeber.org xəbər verir ki, Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar rayon ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirib.

Təşkil edilən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.