Dünya bazarında neft qiymətləri necə dəyişib?



 

Dünya bazarında neft bahalaşıb.

Bu barədə RT məlumat yayıb.

WTI markalı neftin avqust fyuçersləri 0,31 faiz bahalaşıb və bir barelinin qiyməti 74,33 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin sentyabr fyuçersləri 0,24 faiz bahalaşıb və dəyəri 75,34 ABŞ dolları olub.