Göyçayda kişinin arvadını və özünü öldürməsi ilə bağlı cinayət işi BAŞLANDI



 

Göyçay rayon prokurorluğu iyulun 3-ü saat 18 radələrində rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə məlumat yayıb. 

Prokurorluqda aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyyəsinə atəş açaraq özünü öldürüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.