12 mərtəbəli binanın çökdüyü Floridada fövqəladə vəziyyət elan edildi - FOTO



 

ABŞ Prezidenti Co Bayden Florida şəhərində çoxmərtəbəli binanın ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bu barədə “RİA Novosti” xəbər verib.

Xatırladaq ki, Florida ştatında, Mayami-Deyd dairəsində 12 mərtəbəli bina qismən çöküb. Hadisə nəticəsində azı üç nəfər ölüb, doqquz nəfər yaralanıb. Azı 99 nəfərin isə dağıntılar altında qaldığı düşünülür.