Türkiyədə koronavirusla bağlı son STATİSTİKA



 

Türkiyədə son 24 saat ərzində 223 385 nəfərin COVID-19 testi yoxlanıb.

“Anadolu” agentliyi xəbər verir ki, ölkədə günlük yoluxma sayı 5703 nəfər təşkil edib.

59 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 254 708 nəfərə çatdığı bildirilib. Onlardan 5846 nəfəri son sutka ərzində sağalanlardır.