Ərdoğan Makronla Qarabağı müzakirə edəcək - YENİLƏNİB



 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 14 iyun NATO sammiti öncəsi fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı Suriya, Liviya və Qarabağ məsələləri müzakirə olunacaq.

Bu barədə Fransa dövlət başçısı brifinq zamanı bildirib.

“Mən Suriya, Livan və Qarabağdakı vəziyyət, həmçinin Azərbaycan - Ermənistan münasibətləri barədə danışmaq istəyirəm”, - deyə o bəyan edib.

22:14

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

“Haber Global”ın məlumatına görə dövlət başçıları iyunun 14-də keçirilən NATO sammiti öncəsi bir araya gələcəklər.

“NATO daxilində müttəfiqlər arasındakı münasibətlər önəmlidir. Bu məsələyə aydınlıq gətirmək üçün Ərdoğanla sammitdən əvvəl görüşəcəyik”, - deyə Fransa prezidenti bildirib.