Meksikalı boksçu üçqat dünya çempionu oldu – VİDEO



 

Meksikalı boksçu Saul Alvares 76 kq-dək ikinci orta çəki dərəcəsində WBA, WBC və WBO versiyaları üzrə çempion titulu uğrunda döyüşdə qələbə qazanıb.

Bu barədə boksçunun “Instagram” səhifəsində məlumat yayılıb.

Məlumata əsasən, onun rəqibi britaniyalı Billi Co Sonders olub.

Alvarez rəqibini səkkiz raunddan sonra məğlub edə bilib. Sonders döyüşü davam etdirməkdən imtina edib. O, karyerası ərzində ilk dəfə məğlub olub.

Meksikalı boksçuya gəlincə, bu, onun karyerası ərzində sayca 56-cı qələbəsidir.

Məhz bu qələbə sayəsində, Alvarez öz titulunu ikinci dəfə qoruyub və üçqat dünya çempionu adını qazanıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Saul Alvarez (@canelo)