Üç para-taekvondoçumuz Tokio Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazandı



 

Üç para-taekvondoçumuz Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak üçün lisenziya qazanıb.

Bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, para-taekvondo idman növü üzrə milli komandamızın üzvü Aynur Məmmədova (58 kq), Röyalə Fətəliyeva (49 kq) və Əbülfəz Abuzərli (75 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında rəqiblərini məğlub edərək Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 12 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvondo – 3).

Qeyd edək ki, para-taekvondo idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.