Çində yaşlı turistləri ekskursiya adı ilə qəbiristanlığa apardılar



 

Çində yaşlı turistlər pul ödədikləri bələdçi turunun əvəzinə qəbiristanlığa aparılıb.

BBC xəbər verir ki, turistlər kompleks nahar ilə “mənzərəli” bir yerə gəzinti turu üçün 18 yuan (4.7 AZN) ödəyiblər.

Bunun əvəzinə qəbirstanlığa gətirilən yaşlı insanlar şoka düşüblər. Sən demə bu yolla təqaüdçülərə qəbirstanlıqdan torpaq təklifi etmək istəyiblər.

Turistlərdən biri təşkilatçı şirkət “Longyao”dan şikayət etmək qərarına gəlib. Bununla yanaşı, “Chongqing” Mədəniyyət və Turizmin İnkişaf Komitəsi araşdırma apararaq iddia edilən şirkətin turizm lisenziyasına sahib olmadığını müəyyənləşdirib.

Bundan əlavə, komitə bu kimi halların qarşısını almağa davam edəcəyinə söz verib. Təqaüdçülərə səyahət xərcləri üçün təzminat verilib-verilməməsi qeyd edilmir.