Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı



 

Koronavirusun tüğyan etdiyi Hindistanda vəziyyət günü-gündən pisləşərkən faciəvi hadisələr də yaşanır. Belə ki, atasını koronavirusdan itirən Çandra Şarda adlı qadın kremasiya əsnasında özünü tonqalın içinə atıb.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, qadın bir anda alovlara bürünüb. Ətrafdakılar birtəhər onun odunu söndürə biliblər. Bununla belə həkimlərin sözlərinə görə, 34 yaşlı qadının vücudunun 70 faizi yanıb.

Çandra Şardanın bir neçə gün əvvəl koronavirusdan anasını itirdiyi bildirilir.