Çempionlar Liqası: “Çelsi” finalda - FOTO/VİDEO



 

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

SeherXeber.org xəbər verir ki, turnirin İstanbulda keçiriləcək həlledici görüşündə “Mançester Siti”nin rəqibi “Çelsi” olacaq.

Belə ki, “zadəganlar” doğma meydanda Madrid “Real”ını 2:0 məğlub edərək, mayın 29-da Atatürk Olimpiya Stadionunda baş tutacaq finalda iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, Çempionlar Liqasında sonuncu ingilis finalı 2018/19-cu illər mövsümündə qeydə alınıb. O zaman Madriddə keçirilən final qarşılaşmasında “Liverpul” və “Tottenhem” üz-üzə gəlib.

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

“Çelsi” (İngiltərə) – “Real” (İspaniya) 2:0

Qollar:   Verner (28), Maunt (85)

İlk oyun – 1:1