Makqreqorun oxşarı həbs olundu



 

Britaniyanın Stenvel şəhərində tanınmış MMA döyüşçüsü Konor Makqreqorun bənzəri həbs olunub.

Bu barədə şəhər polis idarəsinin “Facebook” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, 34 yaşlı Mark Nay 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, xeyli  müddət ərzində özünü məşhur bənzəri kimi qələmə verməklə müxtəlif qanun pozuntuları törədib.

Bildirilib ki, Markın evində axtarış zamanı Makqreqorun adına hazırlanmış çox sayda saxta vizit kartı və narkotik maddə sayılan həblər aşkar olunub.