Əsas milli üzvləri niyə Kazana getmir?



 

Cüdo üzrə ilin son, beşinci “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin ilkin heyəti bəlli olub.

SeherXeber.org-ın xəbərinə görə, 5-7 may tarixlərində baş tutacaq yarış Rusiyanın Kazan şəhərində keçiriləcək.

Azərbaycan millisi Tatarıstanın paytaxtında keçiriləcək və Olimpiadaya lisenziya xalları verən yarışda 11 idmançı ilə mübarizə aparacaq. Bunlardan səkkizi kişi, üçü qadın cüdoçu olacaq.

Kişilər: Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Elçin Hüseynov (-66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər ikisi -73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi -81 kq), Camal Feyziyev (+100 kq)

Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).

Qeyd edək ki, komandamızın aparıcı üzvləri – Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Rüstəm Orucov (-73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kostoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) 6-13 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu səbəbdən də onlar Kazandakı yarışda iştirak etməyəcəklər.

Səbuhi Musayev