İsraildə 3000 illik tilsim tapılıb - FOTO



 

İsraildə Neqev səhrasının şimal-qərbində bir qrup turist arxeoloji qazıntıların aparıldığı ərazidə təxminən 3000 illik olduğu düşünülən son dərəcə nadir Misir tilsimi tapıblar.

Rg.ru-nun məlumatına görə, bu barədə İsrail Əntiq Əşyalar İdarəsi məumat yayıb.

Bildirilir ki, skarabey böcəyi şəklində olan nadir amuletin eramızdan əvvəl 9-8-ci əsrlərə aid olduğu düşünülür.

Mütəxəssislər qeyd edirlər ki, skarabey (buna "İfrazat Böcəyi" də deyilir) qədim Misirdə müqəddəs sayılırdı. Ancaq belə tilsimlərdən yalnız misirlilər istifadə etmirdi - qonşu xalqlar da bu böcəkşəkilli həmayılın onları qoruya biləcəyinə inanırdı. Misirlilər isə skarabey böcəyinə Yaradanın təcəssümü kimi hörmət edirdilər.