“Avroviziya” müsabiqəsinə tamaşaçılar da buraxıla bilər



 

“Avroviziya” müsabiqəsinin təşkilatçıları izləyicilərinə may ayında keçiriləcək yarışmada iştirak etməyə icazə verə bilərlər.

TASS-ın məlumatına görə, bu, Niderland hökumətinin müvafiq qərarından sonra mümkün olub.

Bildirilir ki, “Avroviziya” Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Osterdal qərarı alqışlayıb.

“Təşkilatçılar mövcud olan variantları nəzərdən keçirəcək və önümüzdəki həftələrdə tədbirin vaxtı barədə daha ətraflı məlumatı elan edəcəklər”, - deyə o, vurğulayıb.