Yanğında qızı öldü, özü isə...



 

Bərdədə baş vermiş yanğında ağır xəsarət alan qadın vəfat edib.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, dünən səhər saatlarında rayonun Güloğlular kəndində rayon sakini Xəyyam Novruzovun evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra X.Novruzovun nəvəsi, 6 yaşlı Rüqayənin yanmış meyiti tapılıb. Azyaşlının anası Zümrüd Novruzova isə xəstəxanada ölüb ölüb.

Araşdırma aparılır.