Hollivud ulduzlarından effektiv FOTOSESSİYA
Hollivud ulduzlarından 24 yaşlı Zendeya və 36 yaşlı Con Devid Vaşinqton “W Magazine” jurnalının üz qabığı üçün fotosessiyada iştirak ediblər.
Bu barədə “Buro247” xəbər yayıb.
1950-ci illərdən ilhamlanan və aktrisanın saçlarını sarıya boyadığı çəkilişlər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, obrazlar üçün Zendayanın stilisti Lou Roaç cavabdeh idi.
“Parik vacib idi. Bütün obrazlar – cəvahirat, dəbdəbəli paltar, dikdaban ayaqqabı açıq rəngli saç olmadan effekt vermir”, - deyə o, bildirib.
Yeri gəlmişkən onu da xatırladaq ki, Zendaya və Devid Vaşinqtonun iştirakı ilə Netfliksdə “Malkolm və Mari” dramı yayımlanıb. Rejissoru Sem Levinson olan film “Oskar”a namizədlik ala bilməsə də, bütün hallarda tarixə düşüb, çünki karantin şəraitində çəkilən ilk filmlərdən biridir: Çəkiliş qrupu yay müddətində Atlantada yaşayıb və yeni “kovid etiket” qaydalarına riayət edib.