Mayli Sayrusun bacısı “Grammy” mərasimində geyimi ilə təəccübləndirdi - FOTO



 

Amerikalı müğənni Mayli Sayrusun kiçik bacısı Cayrus Noanın “”a geyindiyi geyim sosial şəbəkələrdə zarafat obyektinə çevrilib.

Müvafiq material “The Independent” tərəfindən dərc edilib.

Sosial şəbəkə istifadəçiləri 21 yaşındakı məşhurun paltarının qeyri-adi dizaynını ələ salıblar. Onlar geyimi səliqəyə salınmamış yataq və çırpılmış qaymaqla müqayisə etməyə başlayıblar.

“Noa Cayrus yorğana bürünüb”, “Noa Cayrus 2020-ci ilin rəmzi olan bürüşmüş tualet kağızı paltarında gəlib”, - deyə istifadəçilər istehza ilə yazıblar.