ABŞ-da koronavirusdan ölüm hallarının qeydiyyatında yanlışlıqlar aşkar olundu



 

ABŞ-ın bir sıra ştatlarında yenidən sayma zamanı koronavirusdan ölənlərin sayının əvvəlki statistikadan çox olduğu ortaya çıxıb.

Bu barədə “The Wall Street Journal” xəbər yayıb.

Beləliklə, yeni saymada fevral ayında Ohayo ştatında əlavə olaraq 4000 ölüm, İndianada isə 1500 ölüm aşkar edilib. Bundan başqa yenidən hesablama Virciniya, Minnesota, Rod-Ayland da aparılıb.

Bu hal ştatların statistik məlumatları yayımlamaq üçün istifadə etdiyi sistem prinsipi ilə əlaqələndirilir. Sistem real vaxt rejimində işləyir və daha sonra tibbi müayinə zamanı məlum olan koronavirus ölümlərini nəzərə almır.