İranda saxlanılan fransalı turistə qarşı casusluq ittihamı irəli sürüldü



 

10 ay əvvəl İranda saxlanılan fransalı turist Benjamin Brierə casusluq ittihamı irəli sürülüb.

“Reuters”in məlumatına görə, bu barədə təqsirləndirilən şəxsin vəkillərindən biri Seyid Dekhan bildirib.

Onun sözlərinə görə, Brierə iki maddəyə - “casusluq” və “İslam Respublikasına qarşı təbliğat”a görə ittiham irəli sürülüb.

Agentlik bildirir ki, İran məhkəmə orqanlarından bubnula bağlı şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, İran hökuməti tərəfindən bir fransalının saxlanilması fevralın 24-də məlum olub. Bu barədə Dekhan elan etmişdi. Onun sözlərinə görə, vəkillər Məşhəd şəhərindəki Vakilabad həbsxanasında saxlanılan məhbusun yanına buraxılmayıb. Daha sonra Fransa Xarici İşlər Nazirliyi həbs faktını təsdiqləyib və konsulluğun həmvətənlisinə dəstək verdiyini bildirdi.