Monqolustanda qum fırtınası: Altı nəfər həlak oldu, onlarla şəxs itkin düşdü



 

Monqolustanda baş verən qum fırtınası nəticəsində altı nəfər ölüb, 81 nəfər itkin düşüb.

Bu barədə Çinin CGTN telekanalı yerli qurumlara istinadən məlumat yayıb.

Qeyd olunur ki, ölənlərdən beşi çoban, bir nəfəri isə azyaşlı uşaqdır.

Hazırda itkin düşən 81 şəxsin axtarışları davam etdirilir.

Təbii fəlakətlə əlaqədar bəzi bölgələrdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.