Myanmada etirazlar zamanı 38 nəfər ölüb - FOTO



 

Bazar günü Myanma şəhərlərindəki etirazlar zamanı 38 nəfər həlak olub.

Bu barədə Myanma siyasi dustaqlarına yardım təşkilatı xəbər yayıb.

Məlumata əsasən, Yanqon, Mandalay, Baqo kimi şəhərlərdə təhlükəsizlik qüvvələri tərəfindən etirazların yatırılması zamanı 80 nəfər xəsarət alıb.

Bununla da ölkədə fevralın 1-dən başlayan etirazlarda ölənlərin sayı 126 nəfərə çatıb.

Təşkilatdan verilən məlumta görə, hazırda 2156 nəfər siyasi səbəblərdən Myanma həbsxanalarında saxlanılır.