ABŞ-da 37 milyon nəfərin vaksinasiyası başa çatıb
ABŞ-da 37 milyon nəfərin vaksinasiyası başa çatdırılıb.
“İnterfaks” məlumat verir ki, ölkə sakinləri “Moderna”, “Pfizer/BioNTech” və “Johnson & Johnson” vaksinlərilə peyvənd olunublar.
Məlumata əsasən, hazırda ölkə üzrə 136 milyon doza vaksin istifadə olunub. Əksər vətəndaşlar hələ ki cəmi bir dəfə peyvənd olunublar.
Qeyd edək ki, ABŞ koronavirus xəstələri və xəstəlikdən ölənlərin sayına görə dünyada liderdir.