Argentina prezidentinin avtobusu daşqalaq edilib – VİDEO



 

Argentina prezidenti Alberto Fernandes irimiqyaslı yanğınlardan zərər görmüş Çubut vilayətinə gəlib.

NTV xəbər verir ki, yerli sakinlər dövlət başçısını etirazla qarşılayıblar.

Onlar qubernator tərəfindən dəstəklənən dağ-mədən layihəsinə qarşı çıxdıqlarını bəyan ediblər. 

Etirazçılar prezidentin əyləşdiyi avtobusu daşqalaq ediblər.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayımlanıb.