Moldovada Təhlükəsizlik Şurası pandemiyaya görə fövqəladə vəziyyət tövsiyə etdi



 

Moldova Prezidenti Maya Sandu ölkənin Ali Təhlükəsizlik Şurasının koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət tətbiq olunmasını tövsiyə etdiyini bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Təhlükəsizlik Şurasının əksəriyyəti iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq etməyi tövsiyə edir. Hökumətə üç gün ərzində məhdudiyyətlərin siyahısını hazırlamaq tövsiyə olunub”, - prezident bildirib.