Beş ölkə etiraz etdi: Avropada peyvənd qeyri-bərabər bölünür



 

Bolqarıstan, Avstriya, Sloveniya, Latviya və Çexiya Avropa İttifaqına müraciət edərək bloka üzv dövlətlər arasında koronavirus peyvəndinin qeyri-bərabər paylanması mövzusunda sammit keçirilməsini tələb edib.

Bu barədə “Kurier” qəzeti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, peyvəndin paylanılması bərabər əsasda aparılmır.