Fransa və ABŞ şirkətləri koronavirusa qarşı peyvənd hazırlayır



 

Fransa əczaçılıq şirkəti “Sanofi” və ABŞ-ın “Translate Bio” biotexnologiya şirkəti koronavirus peyvəndinin birgə klinik sınaqlarına başlayıblar.

TASS xəbər verir ki, bu barədə yayılan ortaq bildirişdə qeyd edilir.

Bildirilir ki, şirkətlər SARS-CoV-2-yə qarşı “MRT5500” peyvəndinin I/II mərhələli klinik sınaqlarına başlayırlar.

Testlərdə 18 yaşlı və ondan yuxarı 415 nəfər iştirak edəcək.

“Klinik araşdırmaya qatılanlar “MRT5500” peyvəndini ya bir doza, ya da 21 gün aralığında iki doza qəbul edəcəklər”, - deyə vurğulanır.

Açıqlamaya görə, klinik sınaqların ilk mərhələsi dərmanın təhlükəsizliyini və immunitet reaksiyasını qiymətləndirməkdir.

Eyni zamanda, klinik testlərin bir neçə ay daha davam edəcəyi qeyd olunur.