Avtomobil ticarət mərkəzinə çırpıldı: Üç nəfər hadisə yerində həlak olub



 

Rusiyanın Veliki Novqorod şəhərində minik avtomobili ticarət mərkəzinin binasına çırpılıb.

Novqorod vilayətinin Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, qəza nəticəsində üç nəfər həlak olub.

Qeyd olunur ki, ölənlər hamısı qəza törədən avtomobildə olan şəxslərdir.

Onlardan biri sürücü, digər ikisi sərnişin olub.

Daha bir sərnişin ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Hadisə yerini gələn istintaq-əməliyyat qrupu qəzanın səbəblərini araşdırır.