Peyvənd istehsalçısı öhdəliklərini tam yerinə yetirə bilmir



 

Britaniya-İsveç şirkəti “AstraZeneca” Avropa İttifaqı (Aİ) ölkələrinə koronavirus peyvəndi tədarükünü dörddə bir qədər azaldır.

Bu barədə “Reuters” məlumat yayıb.

Avropa rəsmiləri arasında yayılan sənəddə qeyd edilir ki, 2021-ci ilin birinci rübündə Aİ ölkələrinə planlaşdırılmış 40 milyon əvəzinə 30 milyon doza koronavirus peyvəndi çatdırılacaq.

Eyni zamanda, ölkələrə aprel ayında daha 20 milyon doza göndəriləcək. Proqnozda may və iyun ayları qeyd olunmayıb.

Təchizatdakı azalma qlobal tədarük zəncirinin işi ilə bağlı çətinliklərlə əlaqədardır.