“Tesla” zavodunda yanğın baş verib



 

ABŞ-ın Fremont şəhərində “Tesla”  elektromobilləri istehsalı zavodunda yanğın baş verib.

Bu barədə Fox TV xəbər yayıb.

Məlumata görə, yanğın “Tesla”nın tikilməkdə olan yeni binasında baş verib.

Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.

Hadisənin nəzarətə götürüldüyü bildirilir.