Hindistanda meşədən şəhərə gələn bəbir beş nəfəri yaraladı – VİDEO



 

Hindistanın İndor şəhərində tikinti meydançasına daxil olan bəbir beş nəfəri yaralayıb.

“Haber Global”ın verdiyi məlumata görə, yaralılardan biri meydança yaxınlığında yaşayan azyaşlı uşaqdır.

Sosial mediada yerli polisin vəhşi heyvanı yaxalamaq üçün keçirdiyi əməliyyatın görüntüləri yayılıb. Beş saat davam edən əməliyyat uğurla başa çatıb və bəbir tutularaq ərazidən uzaqlaşdırılıb.