Mühafizəçi öz həmkarını faciəvi ölümdən xilas etdi - VİDEO



 

Rusiyanın Moskva vilayətində mühafizəçi təhlükəyə vaxtında reaksiya verərək özünün və həmkarının həyatını xilas edib.

REN TV xəbər verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qeyd olur ki, sükan arxasında sürücünün olmadığı yük maşını gözətçilərin oturduğu məntəqə istiqamətinə hərəkət edib.

Bunu görən mühafizəçilərdən biri həmkarının yanına qaçaraq onu təhlükə barədə xəbərdarlıq edir.