Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb



 

Türkiyədə son 24 saat ərzində 146 386 koronavirus testi yoxlanılıb və 14 046 nəfərin cavabı pozitiv çıxıb.

“Haber Global”ın məlumatına görə, sutka ərzində 63 nəfər koronavirusdan vəfat edib. 9231 nəfər isə sağalaraq gündəlik həyat tərzinə qayıdıb. Bununla da ölkədə indiyədək sağalanların sayı 2 659 093 nəfərə çatıb.

Hazırda Türkiyə xəstəxanalarında müalicə alan COVID-19 xəstələrinin 1310-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.