Bayden: “Amerikalılar peyvənd olunduqdan sonra ABŞ öz ehtiyatlarını digər ölkələrlə bölüşəcək”



 

Bütün amerikalılar təmin olunduqdan sonra ABŞ öz COVID-19 peyvəndi ehtiyatlarını digər ölkələrlə bölüşəcək.

TASS-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

“Əgər bizdə peyvənd artıq olarsa, biz digər ölkələrlə bunu bölüşəcəyik. Dünyanın digər hissəsi təhlükəsizlikdə olmadan, biz də təhlükəsizlikdə ola bilmərik”, - deyə C.Bayden bildirib.