Rusiyada silah istehsalı zavodunda yanğın baş verib - VİDEO



 

Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərindəki V.A.Deqtyaryov adına müdafiə sənayesi müəssisəsində yanğın baş verib.

Bu barədə “Haber Global” yerli FHN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata əsasən, yanğın 300 kvadrat metrlik sahəni əhatə edib.

Qeyd edək ki, yanğının səbəbləri və hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.