Ermənistandakı acınacaqlı vəziyyətlə bağlı nazirdən xəbərdarlıq: “Cəmi 100 çarpayımız var”



 

Ermənistanda koronavirusla bağlı vəziyyət pisləşib və ölkədə xəstələrin yerləşdirilməsi üçün kifayət qədər yer yoxdur.

News.am xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı təəssüf hissi ilə yoluxma sayının gündə 700 nəfərdən çox olduğunu vurğulayıb:

“Uzun fasilədən sonra koronavirusun yayılması hallarında əhəmiyyətli dərəcədə artım olduğunu bildirdiyim üçün təəssüflənirəm”.

Eyni zamanda, respublikanın Səhiyyə naziri Anait Avanesyan da vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Hazırda koronavirusa yoluxanlara xidmət göstərən doqquz tibb mərkəzimiz və cəmi 100-ə yaxın boş çarpayımız var. Yataq sayının məhdud olması barədə xəbərdarlıq etmək istəyirəm. Elə etməliyik ki, xəstələrin sayı imkanlarımızı aşmasın”.