Taylandın Baş naziri jurnalistlərin üzünə antiseptik sıxdı - VİDEO



 

Taylandın Baş naziri Prayut Çan-Oça onu narazı salan suala görə jurnalistlərin üzünə antiseptik sıxıb.

Bu barədə “Reuters” xəbər verir.

Qeyd olunduğu kimi, hadisə mətbuat konfransı zamanı baş verib. Belə ki, üç nazir yeddi il əvvəlki etiraz aksiyaları zamanı iğtişaşla əlaqədar ötən həftə həbs edildikdən sonra baş nazirdən boş dövlət postları üçün potensial namizədlərin siyahısı soruşulub.

“Daha nəsə soruşmaq istəyirsiniz? Görməmişəm, bilmirəm. Bu baş nazirin ilk növbədə bilməli olduğu şey deyil?” - deyə o, tribunadan bildirib.

Bundan sonra hökumət başçısı jurnalistlərin yanına düşərək onların üzünə antiseptik sıxıb.

Prayut Çan Oça 2014-cü ilin yazında Taylandda baş verən hərbi çevrilişin lideri idi. Elə həmin ildə ordu tərəfindən idarə olunan seçilməmiş parlament onu baş nazir təyin edib. O, 2019-cu ildə yenidən bu vəzifəyə seçilib.