Myanmada etirazlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb



 

Myanmada kütləvi etirazlar zamanı ən az 67 nəfər ölüb.

TASS xəbər verir ki, bunu BMT rəhbərinin mətbuat katibi Stefan Dyucarrik bildirib.

“Fevralın 1-dən martın 8-dək Myanmadakı etirazlar zamanı ən az 67 nəfərin öldüyü təsdiq olunub. Onların arasında qadınlar və uşaqlar da var. Yüzlərlə insan yaralanıb”, - deyə mətbuat katibi bəyan edib.

BMT nümayəndəsi hərbçiləri zorakılığı dayandırmağa çağırıb və qeyd edib ki, dinc sakinlərə qarşı silah tətbiqini beynəlxalq hüquq baxımından heç cür əsaslandırmaq mümkün deyil.