Avtobus dərəyə yuvarlandı: Azı səkkiz nəfər həlak oldu



 

Hindistanın Himaçal Pradeş əyalətində avtobusun dərəyə aşması nəticəsində ən azı səkkiz nəfər həlak olub, 11 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri açıqlanmır.