İstanbulda bahalı avtomobildə qarpız satan iranlı ölkədən çıxarıldı – VİDEO



 

İstanbulun Bəyoğlu məhəlləsində lüks idman avtomobilində qarpız satan və küçəyə çıxma qadağasını pozan İran vətəndaşı Milad Hatəminin ölkədən çıxarılması haqqında qərar qəbul olunub.

“Haber Global” məlumat verir ki, sosial mediada fenomenə çevrilən iranlı barədə qərar 1 saylı İstanbul İdarə Məhkəməsi tərəfindən verilib.

M.Hatəmi həm də, asayiş keçikçiləri tərəfindən saxlanılan zaman polis avtomobilindəki çəkilişlərilə də məşhurlaşıb.