Məktəblinin yalanına görə fransalı müəllimin başı kəsildi - FOTO



 

Terroçular Məhəmməd Peyğəmbərin karikaturasını sinifdə nümayiş edən fransalı müəllim Samuel Patini şagirdin söylədiyi yalana görə öldürüblər.

Bu barədə “France 2” xəbər yayıb.

Bildirilir ki, 13 yaşlı uşaq atasına müəllimindən şikayət edib. Bu barədə məktəbli verdiyi ifadə zamanı etiraf edib.

Xatırladaq ki, məktəblilərdən birinin atasının paylaşdığı videodan sonra çeçen əsilli Abdullah Anzorov Samuel Patinin başını kəsib. Ata bildirmişdi ki, dərslərin birində Məhəmməd Peyğəmbərin karikaturasının göstərilməsinə görə özünü təhqir olunmuş sayır.

Lakin sonradan məlum olub ki, Pati uşaqlara karikaturanı göstərən gün həmin qız dərsdən uzaqlaşdırılıbmış və müəllimin nə dediyindən xəbəri ola bilməzdi. Şagirdin özü baş verənləri atasını məyus etmək istəməməsi ilə əlaqələndirib. Belə ki, ata hər zaman qızını dərslərdəki nailiyyətlərinə görə bacısına nümunə göstərib.

“Bəli, mən yalan danışmışam, mən karikaturanı görməmişəm… Ancaq mən bu barədə atama deməsəydim, o da belə bir video hazırlamazdı və Anzorov da onunla əlaqə saxlayaraq belə bir faciəni törətməzdi”, - deyə qız “France 2” kanalına müsahibəsində bildirib.