ABŞ venesuelalı qaçqınlara “müvəqqəti qoruma statusu” verəcək



 

ABŞ Venesuelanı “Müvəqqəti qoruma statusu” olan ölkələr sırasına daxil edib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yazılı açıqlamasında bildirilir:

“Nazir Aleksandro Mayorkas Venesuelanı 2022-ci ilin sentyabrına qədər, 18 ay müddətinə “Müvəqqəti qoruma statusu” alacaq ölkələr siyahısına əlavə edib”.

Bu qərarın insanların Venesuelaya geri qaytmasını əngəlləyən fövqəladə və müvəqqəti vəziyyətlə əlaqədar olduğu qeyd edilir.

Açıqlamada Venesuelada geniş yayılmış aclığa, kənar silahlı qrupların artan fəallığına, zülm və xaosun yaratdığı humanitar böhrana diqqət çəkilir.

Qeyd edək ki, ABŞ-da təxminən 320 min venesuelalı immiqrant var.