Kataloniya separatçılarının lideri deputat toxunulmazlığından məhrum edildi - VİDEO



 

Avropa Parlamenti Kataloniyanın keçmiş hökumət başçısı Karles Puçdemonu parlament toxunulmazlığından məhrum edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Bildirilir ki, parlament üzvləri Puçdemonla yanaşı Kataloniya kabinetinin sabiq üzvləri Tony Komin və Klara Ponsatinin də toxunulmazlığının ləğvinə səs veriblər.

Xatırladaq ki, 2019-cu ilin oktyabrında İspaniya Ali Məhkəməsi Kataloniya hökumətinin keçmiş başçısının üsyana təhrik və mənimsəmə ittihamı ilə həbsi üçün beynəlxalq order verib.

2020-ci ilin yanvarında Belçika məhkəməsi siyasətçinin deputat toxunulmazlığını əsas gətirərək Puçdemonun İspaniyaya ekstradisiyasına dair işi rədd edib.