Yəməndə qaçqın düşərgəsində yanğın qurbanlarının sayı artdı
Yəmənin paytaxtı Sanada miqrantların qaldığı düşərgədə baş verən yanğın nəticəsində ölənlərin sayı 60-a çatıb.
Russian.news.cn xəbər verir ki, 100-dən çox insan yaralanıb.
Bildirilir ki, düşərgədə Somali və Efiopiyadan 600-dən çox qanunsuz miqrant olub.
Ölənlərin arasında müəssisənin əməkdaşları da var.